>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ŞAHMAR İBADOVUN OĞLU BDU-DA MAGİSTRATURAYA QƏBUL OLUNDU

ŞAHMAR İBADOVUN OĞLU BDU-DA MAGİSTRATURAYA QƏBUL OLUNDU
Elmar İbadov: “Mən təhsilimi davam edərək atamın yolunu gedib gələcəkdə icra başçısı olacam”

Məlum olduğu kimi, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir İbadov bu ilin avqust ayının 22-də Bakı şəhərində idarə etdiyi “Range Rover” markalı avtomobillə ağır yol qəzası törədərək hadisə yerindən qaçmışdır.Hadisə nəticəsində yaşlı qadın vəfat etmişdir.

Şahmar İbadov oğlunun həbsə göndərilməməsi üçün media emissarları hesabına məsələnin tirajlanmasını qabaqladı. Baş nazirin müavini Əli Həsənovun nəvəsi, general Novruzəli Orucovun oğlu kimi Nərimanov rayon icra hakiminin müavini Şahmar İbadovun övladının törətdiyi qəza da Azərbaycan rəhbərliyinin qəzəbinə tuş gəldi.

Prezidentin dəfələrlə məmurlara və uşaqlarına etdiyi xəbərdarlıqlara baxmayaraq, davam edən bu qudurğanlıqlar adıçəkilən üç nəfərlə partlayışa gətirib çıxardı. Onlardan ilk ikisi həbsə getsə də, sonuncu övladını xilas etməyə müvəffəq oldu. Ş.İbadovun oğlunu həbs etməyə qoymayan dairələrin məqsədi isə cəmiyyətdə presedent yaratmamaq idi.

ŞAHMAR İBADOVUN OĞLU BDU-DA MAGİSTRATURAYA QƏBUL OLUNDU
QAFQAZXEBER.AZ xəbər verir ki,həmin qüvvələr istəmir ki, insanlar qudurğanlıq edən məmur balalarının cəzalanacağına arxayın olsunlar. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi bir müddət əvvəl başa çatmışdır. Məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.
Elmar İbadovun istintaqı başa çatdığına görə prokurorluq orqanları onun törətdiyi cinayəti “obyektiv” araşdıraraq onun əməlinə hüquqi qiymət veriblər. Hüquqi qiymət elə verilib ki, Elmar İbadov törətdiyi bu cinayətdən sonra hətta BDU-da bakalavr təhsilini bitirərək elə BDU-da magistraturaya qəbul olunaraq təhsilini davam edib və atasının tutduğu yolu davam edərək gələcəkdə icra başçısı olmağa özünə söz verib. Olsun ,əlbəttə, biz heç kimə pislik arzulamırıq.
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info