>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Büdcə milyonlarını göyə sovuran Bakı şəhər Mənzil Kommunal Departamenti - ŞİKAYƏT

Büdcə milyonlarını göyə sovuran Bakı şəhər Mənzil Kommunal Departamenti - ŞİKAYƏT
Teref.info saytının poçtuna Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun rəisi Rəfael Mehrəliyevlə bağlı ilginc ittihamlar daxil olmuşdur.
Teref.info olaraq bu məktubu sizə təqdim edirik:
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamenti həmişə yağlı yer sayılıb. Çünki bu departamentə daxil olan idarələrin böyük əksəriyyəti korrupsiyalaşmış və nəzarətdən qıraq qalmış idarələrdir. Və bu departamentin rəhbəri kreslosu uğrunda pərdəarxası böyük mübarizələr gedib. Departamentin keçmiş rəhbəri Ənvər Quliyevi kreslosundan tərpədib yerində oturan onun müavini Rəfail Mehralıyev güclü arxaya malik idi. Ənvər Quliyevin postu tərk etməsi və onun yerinə Rəfael Mehralıyevin oturmasında Rəfael müəllimin qohumu, daha dəqiq desək dayısı hal hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq apparat rəhbəri Vidadi Zeynalov həlledici rol oynaydı.
Bu departamentə rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir" İstəhsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və bir sıra başqa idarələr daxildir.Ki. bu idarələrin hər biri onlara ayrılan büdcə pullarını təzə gələn rəhbərləri ilə şərikinə həzm-rabedən keçirdirlər.
Tənqidi materialları media səhifələrindən düşməyən bu darələrdə milyonlar talanır.
Teref.infonun poçtuna yazan şikayətçi sonra yazır:
Bu idarə rəhbərləri hamısı bunu Rəfael Mehralıyevin "xeyir duası" ilə edirlər. Təbii ki, havayı yox, hər bir xeyirin və duanın öz qiyməti var. Bu haqda sonra, hələlik idarələrin necə büdcəni talamaları, rüşvət və korrupsiyaya qurşanmaları haqda:
Əvvəl başlayaq ən odiozlarından.
1/ Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi
Rəsi Əhməd Məmmədov Rəfael Cəbrayılova çox yaxın bir adamdır.
Bu gün bu idarə həmdə bir biznes sahəsidir. Özüdə dövlət tərəfindən maliyyələşən bir biznes. Maraqlıdır deyilmi? Siz bu idarənin illik it öldürdükləri statistikaya baxsanız çox maraqlı bir mənzərə ilə rastlaşarsınız. Hər il bu idarənin öldürdüyü it sayı artır Hər il bu idarə aşağı yuxarı yüz minlərlə it öldürür və beləcə büdcədən daha çox pul qopartmaq üçün statistika süni surətdə şişirdilir. Bu şişirtmələr isə milyonlar deməkdir
Bu maxinasiyaların ancaq biridir.
2/ Əhaliyə Vətəndaşlıq Xidməti Tresti,
Rəisi Cavanşir Tağıyevdə Rəfail Cəbrayılova yaxınlığı ilə seçilir. Deyilənə görə onların arasını Rəfail Cəbrayılovun dayısı indi həbsdə olan hal hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq apparat rəhbəri Vidadi Zeynalovun Cavanşır müəllimin qudası Arif Qaraşovla dost münasibətdə olması böyük rol oynayıb. Bu idarədə dövlət hesabına maliyyələşən bir biznesdir özüdə böyük bir biznes. Bu biznesdə ağla gəlməz qədər böyük pullar fırlanır.
Qeyd edək ki, hazırda Bakıda və ətraf qəsəbələrdə məzar üçün təqribən 2-3 kvm-lik torpaq sahəsi böyük gəlir mənbəyinə çevrilib. Əslində məzar üçün torpaqlar vətəndaşlara pulsuz verilməli olsa da, Bakıda kvm-i 200 manatdan 10 000 manata qədər olan müxtəlif qiymətlərlə qəbir yeri satılır. Mərkəzdən bir qədər uzaqda yerləşən Biləcəri qəbiristanlığında isə 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Məzarlığın görkəmli yerində torpağın 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Belə ki, Badamdar qəbiristanlığında 800-3000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında isə, hətta 2000-5000 manat civarında və daha yuxarıdır. Ən bahalı yerlər isə təbii ki, Bakının mərkəzində yerləşən qəbtrstanlıqlardır. Ən maraqlısı isə budur ki, bu qəbir torpaqları vətəndaşlara pulsuz verilməlidir. Lakin hələlik bir nəfər belə pulsuz qəbir yeri almayıb.

3/"Lifttəmir" İstəhsalat Birliyi
Rəsi Qüdrət Şükürov: Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır. Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar.
Mətbuatda da qeyd edildiyi kimi, son illər ərzində Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişdirilib. Yeni liftlər Amerikanın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınıb. Yeni liftlərin içərisindəki elektron tabloda mərtəbə sayları göstərilir. Bu liftlərin alınması dövlətimizə elə də asan başa gəlməyib. Belə ki, xaricdən ucuz qiymətə alınan liftlərin qiyməti rəsmi sənədləşmədə bir neçə dəfə şişirdilib. Bununla da dövlətin büdcəsinə külli miqdarda ziyan vurulub.
Bütün bunların fonunda isə Bakıda lift probleminin də, liftpulu probleminin də olması qətiyyən təəccüb doğurmamalıdır. Bu da milyonlar deməkdir və bu lift puluları heç də dövlət büdcəsinə getmir.
Qeyd edim ki, “Funikulyor” –un da təmiri bu idarəyə baxır və hər il dövlət büdcəsindən küllü miqdarda pul buraxılır. Lakin nədənsə vətəndaşlar “Funikulyor”un işlədiyinin şahidi çox az olurlar.
Ardı var
Teref.info olaraq bizə gələn bu məktubla bağlı onların fikirlərini öyrənmək üçün Bakı şəhər Mənzil Kommunal Departamentinin bizə məlum olan nömrələrinə gün ərzində zəng etdik. Bəzi nömrələrə cavab verən olmadı, bir zəngimizə isə cavab verən bir xanım bizimlə əlaqə saxlayacaqlarını dedi. lakin gün ərzində heç kim redasiya ilə əlaqə saxlamadı.
Lakin biz Teref.info olaraq yazıda adları çəkilən hər bir şəxsin fikirlərini dinləyərək səhifəmizdə bu fikirlərə yer verməyə hazırıq!
Teref.info