>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Məhmət Akarca: “Türkiyənin həssas dönəmində əcnəbi mediadan diqqətli davranmağı xahiş edirik”

Məhmət Akarca: “Türkiyənin həssas dönəmində əcnəbi mediadan diqqətli davranmağı xahiş edirik”
“Həssas dönəmdən keçirik, əcnəbi mediadan diqqətli davranmağı xahiş edirik”. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bu sözləri İstanbulda akkreditasiyadan keçmiş 40-dək əcnəbi media mənsubu ilə görüşündə Türkiyə Mətbuat və informasiya baş idarəsinin direktoru Məhmət Akarca deyib. 24 iyunda keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində İstanbulda əcnəbi media mənsubları ilə görüşən Məhmət Akarca xarici ölkələrdə səs verəcək Türkiyə vətəndaşları üzərində hər hansı təsir yaratmamaq üçün onları diqqətli davranmağa və prosesləri obyektiv şəkildə işıqlandırmağa çağırıb. ”Türkiyə Cümhuriyyəti demokratik ölkədir, burada şəffaf seçkilər keçirilir, iqtidarlar seçki yolu ilə dəyişir. Ona görə də Qərb mətbuatında hörmətli prezident Ərdoğana “diktator”- deyilməsinin səbəbini anlaya bilmirik. Seçki prosesinin əcnəbi mediada ətraflı şəkildə işıqlandırılması üçün lazım olan bütün tədbirləri görəcəyik” - deyə sözlərinə davam edən Məhmət Akarca media mənsublarını jurnalistikanın qaydalarına əməl etməyə çağırıb.



Mətbuat və informasiya baş idarəsinin direktoru Məhmət Akarca seçki günü Ankara və İstanbulda yaradılacaq 2 mərkəzdə saat 17-dən başlayaraq əcnəbi media mənsublarının ilk nəticələri görə biləcəklərini deyib. Daha sonra əcnəbi media mənsubları ilə Məhmət Akarca arasında fikir mübadiləsi olub. Görüşdə əcnəbi media mənsublarının təkliflərini qeyd edən Məhmət Akarca, tələb və təkliflərin hamısı ilə yaxından məşğul olaraq həll edilməsinə nail olacağını vurğulayıb.



Azərbaycan mediasından görüşdə APA-nın Türkiyə müxbiri iştirak edib.