>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: 14 yaralı

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: 14 yaralı
Türkiyənin Ərzurum şəhərində tələbələri daşıyan avtobus qəzaya uğrayıb.

Trend Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 14 tələbə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, avtobus qəza uğradıqdan sonra alışıb. Hadisə yerinə gələn yanğından mühafizə briqadaları yanğını söndürüb.

Xəsarət alan tələblər Ərzurum şəhərinin xəstəxanalarına yerləşdirilib, onların vəziyyəti yaxşıdır.