>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyədə Azərbaycan Mədəniyyət Dərnəyi ilə Azərbaycan Evi Dərnəyi arasında qalmaqal: - “Məhkəməyə verəcəyik…”

Türkiyədə Azərbaycan Mədəniyyət Dərnəyi ilə Azərbaycan Evi Dərnəyi arasında qalmaqal: - “Məhkəməyə verəcəyik…”
Türkiyədə Azərbaycan Mədəniyyət Dərnəyinin Körfəz şöbəsinin rəhbəri Abdullah Salar Azərbaycan Evi Dərnəklər Federasiyasını onların adından istifadə etməkdə günahlanıdırır. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, mətbuata verdiyi açıqlamada bildirib ki, əgər bu davam edərsə, məhkəməyə müraciət edəcək.

“Bizim heç bir bağlılığımız yoxdur, amma Azərbaycan Evi Dərnəklər Federasiyasınının rəhbəri Bilal Dündar Azərbaycan Dərnəkləri Federasiyasının adından istifadə edir. Bu doğru deyil. Nə Bilal Dündar, nə də Turqut Cəfəroğlunun bizim dərnəyimizdə heç bir əlaqəsi yoxdur. Bizim Azərbaycan Dərnəkləri Federasiyasının adından istifadə etməklə nəsə əldə etmək və ya hansısa mövqe qazanmaq istəyirlərsə, məhkəməyə müraciət edəcəyəm. Hər kəs həddini və yerini biləcək”, - deyə A. Salar bildirib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Dərnəyi 1947-ci ildə Türkiyədə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılıb və ilk rəhbəri Həmid Ataman olub. Hazırda isə təşkilata Cəmil Ünal rəhbərlik edir.

Azərbaycan Evi Dərnəklər Federasiyası isə 2012-ci ildə yaradılıb, rəhbəri isə Bilal Dündardır.