>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ərdoğan AKP-nin 200 deputatını dəyişdi – QƏRAR

Ərdoğan AKP-nin 200 deputatını dəyişdi – QƏRAR
Ədalət və İnkişaf Partiyasının ( AKP) lideri Rəcəb Tayyib Ərdoğan deputatlığa namizədlərin siyahısını tərtib edərkən gözlənilməz addım atıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyasi partiyalar bu gün deputatlığa namizədlərin siyahısını Ali Seçki Şurasına ( YSK) təqdim edəcək. AKP namizədlərin siyahısını tərtib edərkən 200 nəfəri siyahıdan çıxarıb.

Bundan əvvəlki bütün seçkilərdə maksimum 50% namizədi siyahıdan çıxaran AKP, bu dəfə 316 nəfərdən yalnız 116 nəfəri siyahıda saxlayıb. Bu da partiyalar arasında ən böyük dəyişikliyə məruz qalan siyahı olaraq gündəmə gəlib.