>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türk bayrağını PKK-çılara verməyən qadın - VİDEO

Türk bayrağını PKK-çılara verməyən qadın - VİDEO
İngiltərədə PKK-lı terrorçular Türkiyə bayrağı daşıyan bir qadının əlindən almaq istəsələr də, qadın ay-ulduzlu bayrağı terrorçulara verməyib.

Avropa.info xəbər verir ki, İngiltərədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görmək üçün Türkiyə vətəndaşları Türk bayrağı ilə küçələrə çıxıblar.

Onlarla yanaşı, bu ölkədə yaşayan PKK terror təşkilatının tərəfdarları da Ərdoğanın səfərinə etiraz etmək üçün küçəyə çıxıblar. PKK tərəfdarları əllərində Türk bayrağı olan hər kəsə hücum etməyə başlayıb. Lakin ingilis polisi PKK tərəfdarlarının bu hərəkətinin qarşısı alıb.

Polisin PKK terrorçularının bu hərəkətlərini əngəlləməsinə baxmayaraq, bir neçə PKK tərəfdarı polisin əlində qaçaraq əlində türk bayrağı olan qadına hücum ediblər.. Türk bayrağının onun əlindən alıb yerə atmaq istəyiblər. Lakin yerimə problemi olan əlil qadın PKK terrorçularının tərəfdaşlarına müqavimət göstərib və Türk bayrağının əlindən alınaraq yerə atılmasına imkan verməyib.