>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyə ordusu İraqda 10 PKK terrorçusunu məhv etdi –Diyarbəkirdə isə şəhid verdi

Türkiyə ordusu İraqda 10 PKK terrorçusunu məhv etdi –Diyarbəkirdə isə şəhid verdi
Türkiyə ordusu İraqın şimalında növbəti əməliyyat keçirib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, hava hücumu zamanı PKK üzvlərinin gizləndiyi bir neçə məkan məhv edilib, 10 terrorçu isə öldürülüb.

Məlumatda o da qeyd edilir ki, bu gün Türkiyənin Diyarbəkir şəhərində isə PKK terrorçuları türk əsgərlərini qəfil atəşə tutub. Nəticədə 1 əsgər şəhid olub, 4-ü isə yaralanıb.

Hazırda bölgədə terrorçulara qarşı əməliyyat davam edir.