>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Suriyanın şimalında lazım olanı edəcəyik” - Ərdoğan

“Suriyanın şimalında lazım olanı edəcəyik” - Ərdoğan
“Suriyanın şimalında lazım olanı edəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.

“Biz Gabardan, Cudiden, Tendürekdən, hətta Kandilden (bu bölgələr Türkiyə-İraq sərhəddində yerləşir və dağlıq ərazilərdir) çıxmayacağıq", deyə o, vurğulayıb.

R.T.Ərdoğan deyib ki, Türkiyə ordusu və təhlükəsizlik qüvvələri indiyə qədər Afrində 4272, İraqın şimalında 353, Türkiyədə isə 258 terrorçu zərərsizləşdiriblər.