>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdi

Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdi
Türkiyənin Sakarya vilayətində xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının "ölüm briqadası"ının 4 üzvü saxlanılıb.

Saxlanılan şəxslərin ikisinin İraq, digər ikisinin isə Suriya vətəndaşı olduğu bildirilir. Onların arasında qadın da var.

Təfərrüatlar haqqında məlumat verilmir.

Xatırladaq ki, aprelin 13-də Adana vilayətində Suriya vətəndaşı Riyad Hacı Osman - İŞİD cəlladlarından biri saxlanılmışdı.(trend)