>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyədə iclas: Afrini onlar idarə edəcək

Türkiyədə iclas: Afrini onlar idarə edəcək
Müstəqil Kürd Birliyi adlı qurumun təşkil etdiyi Afrinin Qurtuluş Konqresində şəhəri idarə edəcək məclis yaradılıb.

Axar.az xəbər verir ki, Yerli Şəhər Məclisinin 30 nəfərdən ibarət olduğu açıqlanıb. Məclisin yaradılmasında məqsəd PKK-nın şəhərdə törətdiyi fəsadları, dağıntıları aradan qaldırmaqdır.

Məclis üzvləri ilk olaraq Afrində inşaat işlərinin aparılması və sakinlərin öz evlərinə qayıtması istiqamətində işlər görəcək.

Qeyd edək ki, sözügedən toplantı Türkiyənin Qaziantep şəhərində baş tutub. İclasa Afrində PKK zülmündən əziyyət çəkən etnik qrupların liderləri də qatılıb.