>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

PKK Afrində 2 komandirini edam etdi

PKK Afrində 2 komandirini edam etdi
PKK terror qruplaşmasının Afrinə təyin etdiyi komandirlərdən bəziləri mülki insanların arasına qarışaraq ərazini tərk etməyə çalışıb.

Axar.az xəbər verir ki, qaçmağa cəhd edən 2 PKK komandirini saxlayan Qəndil terrorçuları onları edam edib.

Məlumata görə, strateji əhəmiyyətli Kefer Cennə və Şiran bölgələrinin rəhbərləri döyüşçülərinə sona qədər müqavimət göstərmək barədə əmr verərək Afrini tərk etmək istəyib. Qəndildən göndərilən Heval Baz adlı PKK komandiri isə onları yaxalayaraq sorğu-sual edib. Daha sonra Heval Bazın əmri ilə hər iki komandir edam edilib.