>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Alman polisi türklərə xəbərdarlıq etdi

Alman polisi türklərə xəbərdarlıq etdi
Almaniya Federal Daxili İşlər Nazirliyi ölkədə yaşayan türklərə xəbərdarlıq edib. AzEuroNews.com xəbər verir ki, buna səbəb son aylar Almaniyada türklərə qarşı edilən hücum faktlarının artmasıdır.

Berlində türk məscidin yadırılmasından sonra Almaniya Federal Məclisi polisin növbəti hücumlar üçün konkret iş görməsi üçün qərar verib.

Artıq Almaniyada türklərin kompakt yaşadığı yerlərdə, onlara aid restoran və iaşə obyektlərinin qarşısında təhlükəsizlik tədbiləri daha da artırılıb. Eyni zamanda həmin obyektlərə polis və yanğınsöndürənləri çağırmaq üçü xüsusi “həyəcan siqanlı” quraşdırılıb.

Türklərin kompakt yaşadığı şəhərlərdə patrul xidməti göstərən mülki geyimli polislərin sayı da artırılıb.

Almaniya Federal Daxili İşlər Nazirliyi türk siyasətçi və işa damlarının bir çoxuna məktub göndərək onları diqqətli olmağa, şübhəli şəxslər barədə dərhal polisə məlumat verməyə çağırıb.