>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ərdoğan: "Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 nəfərə çatıb"

Ərdoğan: "Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 nəfərə çatıb"
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3400 nəfərə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 3400 terrorçu zərərsizləşdirilib", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri heç vaxt dinc sakinləri hədəf seçməyiblər.

"Əgər Türkiyə Hərbi Qüvvələri dinc sakinlərin təhlükəsizliyinin qayğısına qalmasaydı, Afrin çoxdan alınmışdı", - deyə Türkiyə prezidenti vurğulayıb.

Türkiyə Hərbi Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatına bu ilin 20 yanvarında başlayıb. Əməliyyatda məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir.