>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ təsdiqlədi: Rusiya ən təhlükəli qırıcılarını…

ABŞ təsdiqlədi: Rusiya ən təhlükəli qırıcılarını…
Suriyaya beşinci nəsil Su-57 təyyarələrinin gətirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin bu ölkədəki işini çətinləşdirir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Holms söyləyib.

Bununla da ABŞ ilk dəfə olaraq Su-57-lərin Suriyaya göndərildiyini təsdiqləyib.

Qeyd edək ki, bundan öncə suriyalı aktivistlər iki ədəd Su-57-nin Suriyaya gəlməsi haqqında informasiya yaymışdı. Moskva bu addımı “Vaqner” özəl hərbi şirkətinin yüzlərlə döyüşçüsünün ölümündən sonra atmışdı.

Rusiya Su-57-lərin göndərilməsi haqqında heç bir rəsmi açıqlama verməyib.