>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Zeytun Budağı” Hərəkatında KRİTİK DƏYİŞİKLİK

“Zeytun Budağı” Hərəkatında KRİTİK DƏYİŞİKLİK
“Zeytun Budağı” Hərəkatında 32 gün geridə qaldı, 1715 PYD/YPG terrorçusu öldürüldü. Sərhəddəki strateji Dayr Savvan kəndi azad edildi və Türkiyənin Kilis bölgəsinə raket hücumları təşkil edən terror təşkilatının şəhərlə sərhəd təması qalmadı.

Türk Silahlı Qüvvələrinin (TSQ) Afrinə qarşı “Zeytun Budağı” Hərəkatının 32-ci günündə TSQ və ASO gücləri 9 nöqtə və kəndi terror təşkilatı PYD/YPG-dən azad edib. Əməliyyatda son olaraq Afrinin şimal-şərqindəki Dayr Savvan kəndinin azad edilməsi Kilis vilayətinin qarşısına düşən Suriya sərhəd xətti terrorçulardan təmizlənib.
Afrinin şimalındakı Bülbül mahalı ilə müxaliflərin nəzarətindəki Azez rayonu birləşdirilib. Beləliklə də terror təşkilatının təxminən 80 kvadrat kilometrlik Kilis sərhəd xətti ilə əlaqəsi kəsilmiş olub.