>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bərzani hökuməti geri çəkildi:"Ərbilə beynəlxalq uçuşlar açılacaq"

Bərzani hökuməti geri çəkildi:"Ərbilə beynəlxalq uçuşlar açılacaq"
"Kürd administrasiyası hava limanlarında mərkəzi hökumətə məxsus qüvvələrin olmasını qəbul etdi və yaxın zamanlarda həmin aeroportlar beynəlxalq uçuşlara açılacaq".

Bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.

“Ərbil mərkəzi idarəçiliyinə bağlı olan təhlükəsizlik qüvvələri və pasport yoxlanışlarına məsul olan işçilərin orada varlığını qəbul etdi. Dünyanın hər yerində sərhəd məntəqələri və hava limanları mərkəzi hökumətin tabeliyində olur. Bütün şərtlərimiz qəbul edilərsə, beynəlxalq uçuşların həyata keçirilməsinə icazə verəcəyik. Əks halda, 5 ay da, 10 ay da hava limanları açılmaz”, – Abadi bildirib/Axar.az.