>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Suriya ordusu Hələbdən Afrinə girmək istədi, Türkiyə F-16-ları havaya qaldırdı, atəş açdı –Lavrovdan bəyanat

Suriya ordusu Hələbdən Afrinə girmək istədi, Türkiyə F-16-ları havaya qaldırdı, atəş açdı –Lavrovdan bəyanat
Bu gün Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun Afrin bölgəsinə daxil olmasına imkan verməyib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tank, top və digər ağır silahlarla təmin edilmiş Suriya ordusu və Əsədə bağlı olan könüllü dəstələr Hələbdən Afrinə doğru yola çıxıblar: "Onlar Afrinin cənubundan bölgəyə girməyə çalışıblar. Lakin Türkiyə qırıcıları havalanaraq onlara mane olub. Eyni zamanda, toplarla xəbərdarlıq atəşi açılıb. Bundan sonra Suriya rejiminə bağlı silahlı dəstələr 10 km məsafəyə qədər geri çəkilməyə məcbur olub".

Bu arada Rusiya xarici işlər naziri Lavrov bu hadisəyə reaksiya verib.

O, bu gərginliyin alovlanmaması üçün rəsmi Ankaranı Əsədlə masa arxasına oturmağa çağırıb: "Bu qarşıdurma ancaq danışıqlarla yoluna qoyula bilər".