>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Pilotsuz SİHA-lar terrorçu snayperləri MƏHV ETDİ

Pilotsuz SİHA-lar terrorçu snayperləri MƏHV ETDİ
Türk Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin şəhərindəki terror təşkilatları hədəflərinə qarşı 20 yanvarda başladığı “Zeytun Budağı” hərəkatında 31-ci gün geridə qalıb.

Racu mahalının Dərviş Obası bölgəsində snayper olduqları bildirilən iki PYD/PKK-lı terrorçu pilotsuz SİHA atəşi ilə öldürülüb. Şeyx Hədid mahalının Bilal kəndində iki terrorçu, Cinderes mahalının iki kilometr qərbində zeytun ağacları altındakı dörd terrorçu öldürülüb. SİHA-ların müəyyən etdiyi bəzi terrorçu qrupları və saxlandıqları yerlər, döyüş təyyarələri vasitəsi ilə məhv edilib.

BULUD ALTINA ENİB BOMBA YAĞDIRDI

Hədəfi vura bilməsi üçün lazım olan yüksəklikdən aşağıya, bulud altına endirilən pilotsuz Bayraqdar SİHA, gördüyü terrorçu hədəfləri bombalayıb və nəticədə 34 terrorçu zərərsizləşdirilib. Bölgədə kəşf uçuşları aparan pilotsuz İHA-lar-n apardığı müşahidələr nəticəsində terrorçu qruplar qaça bilməyib. İHA-ların verdiyi koordinatlarla F-16 döyüş təyyarələri terrorçuları və mövqelərini məhv edib. Bu əməliyyatlarla birlikdə zərərsizləşdirilən terrorçu sayı 70-ə yüksəlib.
Beləliklə bölgənin 15 faizi, 320 kvadrat kilometr sahəni əhatə edən 78 strateji kənd və nöqtə PYD/PKK terrorçularından təmizlənib. Əməliyyat Cinderes bölgəsində top atışları ilə gərgin olaraq davam edir.
Müxalifət.az