>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nazarbayev yeni əlifbaya keçidi təsdiqlədi

Nazarbayev yeni əlifbaya keçidi təsdiqlədi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan əlifbasının kiril əlifbasından latın əlifbasına keçidi barədə fərmanda dəyişiklikləri təsdiqləyib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, fərmanın yeni nəşrində, apostrofların sayı azaldılıb və iki diqraf (bir səsi bildirən iki hərf (sh, ch)) tətbiq edilib..

Ümumiyyətlə, prezidentin təsdiq etdiyi yeni əlifbaya 32 hərf daxildir. Kiril əlifbasına əsaslanan Qazax əlifbası 42 hərfdən ibarət idi.