>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto
Türkiyənin Tunceli bölgəsinin Qutudərə ərazisində yerləşən qayalıqlarda PKK terrorçularına aid 8 mərtəbəli sığınacaq aşkarlanıb.

Axar.az xəbər verir ki, Jandarma Xüsusi Əməliyyat dəstələrinin aşkarladığı 100 metr dərinliyindəki sığınacağı terrorçuların təxminən 20 gün əvvəl tərk etdiyi öyrənilib.

Məlumata görə, terrorçular sığınacaqda su təminatını ödəmək üçün 750 metr uzunluğunda boru xətti çəkib. Ayrı-ayrı otaqlardan əlavə həmçinin mətbəxi, hamamı və hovuzu da olan sığınacaqda terrorçulara aid çox sayda əşya ələ keçirilib.

Türkiyə təhlükəsizlik qüvvələri sığınacaqdan təkrar istifadənin qarşısını almaq üçün xüsusi partladıcı vasitəsilə giriş hissəsini dağıdıb.
Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto
Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto
Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto