>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İŞİD-in Türkiyə əmirinin arvadı əl-Babda yaxalandı: Əmir ətrafında həlqə daralır

İŞİD-in Türkiyə əmirinin arvadı əl-Babda yaxalandı: Əmir ətrafında həlqə daralır
Türkiyə Daxili İşlər Nazirliyinin başına 4 milyon TL mükafat qoyduğu İŞİD-in bu ölkə üzrə əmirinin arvadı Xülya Balı Suriyanın əl-Bab qəsəbəsində yaxalanıb.

Ovqat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat MİT tərəfindən həyata keçirilib və Xülya Balı yaxalanaraq Türkiyəyə gətirilib.

Əmir arvadının cəlb olunduğu sorğuda bildiyi bütün məlumatları etiraf etdiyi bildirilir.

Arvadının etirafına görə, əmir İlhami Balı yaşayır və bizim Xaqani Şirvaninin eyniadlı əsərindən tanıdığımız “Mədain xarabalıqları”nda gizlənir. Sorğulama nəticəsində Suriya və İraqda müxtəlif dövlətlərin apardığı əməliyyatlar nəticəsində “xilafətçi”lərin yayılma arialının daralması əmirin Mədaindən kənara çıxmasına imkan vermədiyi və bu qəsəbə daxilində tez-tez yerinini dəyişdirdiyi məlum olub. Bu fakt Türk kəşfiyyatına tezliklə əmiri də yaxlamaq fürsəti verir.

İŞİD-in Türkiyə əmiri İlhami Balı 2016-cı ilin yay aylarında Diyərbəkir, Suruç və Ankarada keçirilən mitinlərdə terror hadisəsi törətməkdə ittiham olunur. Canlı bombalar vasitəsilə törədilən bu terror hadisələrində 150-dən artıq dinc vətəndaş həyatını itirmiş, yüzlərlə insan yaralanmışdır. Xatırladaq ki, Ankara vağzalında törədilən terror hadisəsində bir azərbaycanlı qadından canlı bomba kimi istifadə edildiyi iddia olunurdu.

Əli yüzlərlə insanın qanına batan İlhami Balı terrorçu fəaliyyətinə əl-Qaidəyə qoşulmaqla başlamışdır. O, 2009-cu ildə Türkiyədə əl-Qaidəçi kimi həbs olunub 3 il həbsxana həyatı yaşadıqdan sonra Suriyaya getmiş və İŞİD-ə qoşulmuşdu. Türkiyənin Reyhanlı qəsəbəsində yaşayış qeydiyyatında olan Balı təşkilatın bütün maddi-texniki fəaliyyətinə, o cümlədən İŞİD-çilərin sərhəddən keçirilməsi əməliyyatlarına rəhbərlik edir.