>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyənin “dərin adamı” həyəcan təbili çaldı: “Afrində məğlub olsaq, ABŞ Ankaranı ələ keçirəcək”

Türkiyənin “dərin adamı” həyəcan təbili çaldı: “Afrində məğlub olsaq, ABŞ Ankaranı ələ keçirəcək”
"PKK rəhbərlərini yaxından tanıyıram. Onlar artıq dalana dirəndiklərini çox yaxşı görürlər. İndi silahları buraxmağı, bu dalandan necə azad ola biləcəklərini mübahisə edirlər. Çünki məhv olacaqlarını anlayırlar. Başa düşürlər ki, ABŞ onları da satacaq. "

Ovqat.com xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Vətən partiyasının lideri Doğu Perinçek çıxış edib.

Mətbuata “Zeytun budağı” hərəkatı barədə açıqlama verən Türkiyənin “dərin adamı görə, HDP-də bu vəziyyəti anladıqlarından parçalanmalar yaşanır: “ Bir çox HDP-çilər "Biz Amerika və İsrailin maşası olduq, qardaş qanı tökdük. Bundan imtina etməyimiz lazımdır”-deyirlər".

Afrindəki hərbi əməliyyatı Türkiyənin I Dünya müharibəsinin sonlarında girdiyi İstiqlal savaşıyla müqayisə edən Perinçek fikrini belə əsaslandırıb: "Amerika var qarşımızda, PKK terror təşkilatı yox. O terror təşkilatını İŞİD-in və bənzər qüvvələrin üzərimizə göndərən ABŞ-dır. Hazırda Türkiyə Rusiyadan da, Suriyadan də, İraqdan da daha çox Amerikayla qarşı-qarşıya gəlib. ABŞ baş düşmən kimi Türkiyəni görür. Suriya, İran və Rusiya ilə arasımızı pozmağa salışır. Çünki ABŞ üçün Türkiyənin müqavimətini qırmaq prioritet məsələdir".

Türkiyənin bu vəziyyətdən çıxması üçün Suriya ilə əməkdaşlıq etməsinin vacibliyinə toxunan partiya sədri bildirib ki, Afrində məğlubiyyət ehtimalı Amerikanın Ankaranı da ələ keçirməsiylə nəticələnə bilər: "İtirsək, İraq kimi olarıq. Vətənin bütövlüyü naminə terrorla mübarizə aparmaq üçün oradayıq. PKK-nı xəndəklərə basdırdıq. Fərat Qalxanı ilə ABŞ-ın Kürdüstan dəhlizini yardıq. İndi Suriyanın şimalını PKK və digər terror təşkilatlarından təmizləmək zamanıdır, bunu bacarsaq, Silopa, Şırnaka, Mardinə əmin-amanlıq gələcək. Tarlalarımızı əkib, otlaqlarda heyvanlarımızı rahat-rahat otaracağıq. İstehsal iqtisadiyyatına keçəcəyik. Şimali Suriyadakı proseslər buna xidmət edir".