>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ərdoğan şəhidin dəfnində: - "Biz türk milləti olaraq övladımızın vəsiyyətini onsuz da yerinə yetirəcəyik"

Ərdoğan şəhidin dəfnində: - "Biz türk milləti olaraq övladımızın vəsiyyətini onsuz da yerinə yetirəcəyik"
Allah yolunda öldürülənlərə ölü demərik, onlar diridirlər, ancaq siz bunları bilməzsiniz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid Musa Özalkanın cənazə mərasimində deyib.

“Musa övladımız indi bizi dinləyir. Çox vacib əməliyyatlar silsiləsində ordumuz, məhmətciklərimiz bu qarda-qışda böyük bir mübarizə aparırlar. Kimlərə qarşı? Əlbəttə, terrorçulara qarşı. Hər hansı bir irqə qarşı aparılan əməliyyat deyil. Bu əməliyyatı millətimiz ASO ilə birlikdə qazanacaq. Qərarlıyıq, əzmliyik. Üç-beş soysuza bu sərhədlərdə nəfəs almağa imkan verməyəcəyik. Övladımız paylaşdığı tvitlərdə də sanki gələcəyi oxuyub. Şəhadətdən sonra gələcək pulun hara xərclənməsini bildirib. Bu millət güclüdür. Biz türk milləti olaraq övladımızın vəsiyyətini onsuz da yerinə yetirəcəyik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, türk ordusunun hərbçisi Musa Özalkan “Zeytun budağı” əməliyyatı çərçivəsində Kilisin Gülbaba kəndinin cənub şərqində Burseya dağında baş verən döyüşlərdə şəhid olub.