>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Afrin əməliyyatı üçün 20 MİN ƏSGƏR HAZIRDIR

Afrin əməliyyatı üçün 20 MİN ƏSGƏR HAZIRDIR
Suriyada gərginliyi azaltma bölgəsi elan edilən İdlib və Şərqi Gutada rejimin atəşkəs pozuntularını təsdiqləyən “Ağ Beretlilər”, Əsədin 400 mülki vətəndaşı öldürdüyünü bildiriblər.

Suriyanın şimalında ABŞ-ın dəstəyilə işğal etdiyi torpaqlarda Türkiyəyə qarşı təhlükəsizlik təhdidi meydana gətirən terror təşkilatı PKK/PYD-yə qarşı keçiriləcək əməliyyat üçün 20 min nəfərlik bir qüvvənin təşkil edildiyi bildirilib. Suriyalı müxaliflərə yaxın xəbər saytı “Baladinews”a açıqlama verən Azad Suriya Ordusu komandirlərindən Həzrəti Əbu Ömər, PYD-nin işğalı altında olan Afrinə hərəkatın vaxtının yaxınlaşdığını deyib. Əməliyyatın hər an başlaya biləcəyini və bundan dolayı əllərinin tətikdə olduğunu bildirən Ömər, "Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusundan ibarət 20 min nəfərlik xüsusi bir birlik yaradılıb. Planlara görə, hərəkat 2 ay davam edəcək və Türk təyyarələri havadan qorumanı təmin edəcək" deyib. Afrinin ələ keçirilməsindən sonra İdlib ilə Fərat Qalxanı bölgəsi arasında əlaqənin təmin olunacağını qeyd edən Ömər, "Müxaliflərin nəzarətindəki bölgədə vətəndaşlar üçün rahatlıq yaranacaq. Yerindən edilən Suriyalılar də evlərinə dönəcəklər" deyə, bildirib.