>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kütləvi zəhərlənmə - 190 tələbə xəstəxanalıq oldu

Kütləvi zəhərlənmə - 190 tələbə xəstəxanalıq oldu
Türkiyədə universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.
Publika.az xəbər verir ki, ölkənin Rizə əyalətində yerləşən Rizə Univeristetinin yataqxanasında təxminən 190 tələbə zəhərlənib. İlkin məlumatlara görə, yataqxananın mətbəxində verilən axşam yeməyindən sonra tələbələrin halı pisləşib. Xəstəxanaya müraciət edən tələbələrin yeməkdən zəhərləndikləri məlum olub.
Zəhərlənməyə səbəb olan qida və ya hər hansı qatqı haqqında hələ dəqiq məlumat yoxdur.
Hadisə ilə bağlı Rizə polisi araşdırma başladıb.
Tələbələrin yaxınlarına xəbər verilib.