>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

TRT kanalının sabiq əməkdaşı Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı həbs olunub

TRT kanalının sabiq əməkdaşı Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı həbs olunub
Türkiyənin təhlükəsizlik qüvvələri Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən TRT dövlət telekanalının keçmiş prodüserini həbs edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, səfirin qətli ilə bağlı təhqiqat işini aparan prokuror Adəm Akınçı şübhəli şəxs kimi saxlanılan Xayreddin Aydınbaşı artıq dindirib. Ardınca məhkəmə "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar verib.
Karlov 19 dekabr 2016-cı il tarixində Ankarada fotosərginin açılışında çıxışı zamanı arxadan güllələnərək qətlə yetirilib. Hücum edən polis Mövlud Mərd Altıntaş məhv edilib.