>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Meral Akşenerin partiyası Türkiyə parlamentində

Meral Akşenerin partiyası Türkiyə parlamentində
Türkiyə Böyük Millət Məclisinin (TBMM) internet saytındakı partiyaların masa bölüşdürməsi ilə bağlı bölümündə Meral Akşenerin sədri olduğu İYİ Partiya da yer aldı.

Modern.az xəbər verir ki, İYİ Partiyanın qurulmasının ardından 5 bitərəf millət vəkilinin bu təşkilata qatılması ilə məclisdə dəyişən masaların bölünməsi TBMM-nin internet saytında yer alıb.

TBMM-nin rəsmi internet saytında yerlənin paylanması bölümündə Ədalət və İnkişaf (AK) Partiyasının 316, Cümhuriyyət Xalq Partiyasının (CHP) 131, Xalqların Demokrat Partiyasının (HDP) 54, Milliyətçi Hərəkət Partiyasının (MHP) 36, İYİ Partiyanın 5 və 1 bitərəf millət vəkilinin yer aldığı göstərilir.