>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir

Türkiyə Rusiya ilə ticarətdə məhdudiyyətlərin tam aradan qaldırılmasını istəyir
"Ankara istərdi ki, Rusiya ilə ticarətdə mövcud məhdudiyyətlər aradan qaldırılsın".
“Report” xəbər verir ki, bunu Soçidə rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ötən ay Kazanda hökumətlərarası komissiyanın iclası keçirildi. Biz məmnunluqla öyrəndik ki, iclas zamanı badımcan, pomidor, nar və digər kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının yüngülləşdirilməsi üzrə qərar qəbul olunub. Lakin biz istərdik ki, qalan digər məhdudiyyətlər də aradan qaldırılsın", — deyə Ərdoğan bildirib.