>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ərdoğan: İstanbula xəyanət etdik, mən də buna görə məsuliyyət daşıyıram

Ərdoğan: İstanbula xəyanət etdik, mən də buna görə məsuliyyət daşıyıram
Qədim şəhərlərin ən önəmli özəlliyi əsas xüsiyyətlərini itirmədən yeniliyi tərkibində əritməsi, özlərindən bir şey qataraq yenidən yoğurmasıdır.
“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Şəhər və Vətəndaş Cəmiyyəti Qurumları Sammitində deyib. Onun sözlərinə görə, İstanbul bu cəhətdən həqiqətən də müstəsna şəhərdir: “Ancaq biz şəhərin qiymətini bilmədik, biz bu şəhərə xəyanət etdik, hələ də xəyanət edirik, mən də buna görə məsuliyyət daşıyıram”. R. T. Ərdoğan bildirib ki, İstanbul Fateh Sultan Mehmet Xandan bəri elmin, mədəniyyətin, siyasətin, sənətkarlığın və ticarətin paytaxtı olmuş şəhərdir: “Bu gün də İstanbul yaşadıqlarına rəğmən hələ də ayaq üstündədir. İstanbul meri olduğum zaman şəhər əhalisinin sayı 8 milyon nəfər idisə, hazırda bu rəqəm 15 milyondur. Dünyada misli olmayan nadir şəhərlərdən biridir. Biz çox vaxt əlimizdəkinin qiymətini onu itirəndə başa düşürük. Son illər şəhərsalmada ciddi səhvlərimizin, çatışmazlıqlarımızın olduğunu dəfələrlə söyləmişəm”.