>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bərzani cəbhəsindən ilginc təklif: “Türkiyəyə bağlanaq və onu supergüc dövlət edək”

Bərzani cəbhəsindən ilginc təklif: “Türkiyəyə bağlanaq və onu supergüc dövlət edək”
Şimalı İraq Kürd Muxtariyyətının lideri Məsud Bərzaninin kanalı olan Rüdav TV-nin Vaşinqton təmsilçisi Namo Abdulla hazırda ən doğru seçimin Şimali İraqın Türkiyəyə qatılması olduğunu deyir. Bu halda Türkiyənin supergücə çevriləcəyini deyən Namo Abdulla Ərdoğana da mesaj göndərib.

Musavat.com xəbər verir ki, Namo Abdulla öz fikirlərini tvitter hesabında paylaşıb.

Kərkükü bir gündə itirən Bərzani rəhbərliyi, Haşdi Şabi və İraq ordusunun əsgərləri tərəfindən Ərbilə yönəlik keçirilən döyüş əməliyyatlarında küncə sıxıldı.

Şimali İraq bir çıxış yolu axtardığı zamanda Bərzaninin kanalından maraqlı bir təklif gəldi.

“Ən yaxşı seçim Türkiyəyə bağlanmaqdır”

Türkiyənin şərqini “Kürdistan” xəritəsinə qatdığına görə Türkiyə peykindən çıxarılan Rudav Tv-nin təmsilçisi Namo Abdulla tvitter hesabında paylaşdığı mesajında Şimali İraqın ən doğru seçim yolunun Türkiyəyə bağlanmasının olduğunu qeyd edib.

Namo Abdullanın mesajı belədir:
“Əgər Ərdoğan Kürd məsələsini həll etmək mövzusunda ciddidirsə ən yaxşı nəticə Türkiyə ilə müstəqil Kürdistanın birləşməsidir.
Neft zəngini olan Kürdistanın Ərdoğanın Türkiyəsini supergüc dövlətə çevirmək imkanı da verir.”

Namo Abdullanın paylaşdığı mesajda dah bir diqqət çəkən məqam olub. O mesajının bir başa Ərdoğanın oxuması üçün paylaşdığı fikirlərinin sonuna Ərdoğanın rəsmi tvitter səhifəsini işarələyib.

“Rudav” nümayəndəsinin bu mesajına ən böyük dəstək, PKK-nın tvitterdə sponsorluq etdiyi hesablardan gəlib.