>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Sabiq spiker katibəylə evlənir - Fotolar

Sabiq spiker katibəylə evlənir - Fotolar
Keçmiş TBMM sədri, sabiq Ədliyyə naziri, AK partiyanın Karabükdən seçilmiş millət vəkili Mehmet Ali Şahin ikinci dəfə evlənir.

Yenicag.az xəbər verir ki, 67 yaşlı Mehmet Ali Şahinin evlənəcəyi qadın 39 yaşındadır. Bu xanım əvvəllər AK partiyanın baş ofisində katibə kimi çalışan Zuhal Fıratdır. Həmin vaxt Mehmet Ali Şahin də partiyanın sədr müavini vəzifəsini icra edirdi.

Sabiq spiker katibəylə evlənir - Fotolar

Şahin vəzifədən getdikdən sonra Zuhal Fırat da bir müddət Hayati Yazıcı ilə birlikdə çalışdı. Daha sonra isə partiyadakı fəaliyyətini dayandıraraq, bütün sosial media hesablarını bağlamışdı.


Sabiq spiker katibəylə evlənir - Fotolar
Cütlüyün toyu sabah olacaq. Nikah mərasimində prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Binali Yıldırım da iştirak edəcək.
Sabiq spiker katibəylə evlənir - Fotolar


Qeyd edək ki, Mehmet Ali Şahinin 61 yaşlı həyat yoldaşı Saniyə Şahin 3 il əvvəl dünyasını dəyişib.
Sabiq spiker katibəylə evlənir - Fotolar