>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Məşhur türk jurnalistdən sensasion iddia:"ABŞ Türkiyənin 283 tanınmış siyasətçisinə sanksiya tətbiq edəcək" + VİDEO

Məşhur türk jurnalistdən sensasion iddia:"ABŞ Türkiyənin 283 tanınmış siyasətçisinə sanksiya tətbiq edəcək" + VİDEO
Türkiyəli jurnalist Nevzat Çiçek ABŞ-ın viza qadağasının davamı olaraq Türkiyəyə qarşı "qara siyahı" hazırladığına dair iddia irəli sürüb.

N.Çiçek "CNN Türk"ə açıqlamasında ABŞ-ın yaşanan viza böhranının həlli üçün Türkiyənin geri addım atmamasına görə gələcəkdə daha sərt tədbirlər seçəcəyini bildirib.

"İlk olaraq Türkiyənin 15 tanınmış siyasətçisi ABŞ-a buraxılmayacaq. Daha sonra qadağa 283 nəfərə tətbiq olunacaq. Onların sırasında sabiq nazirlər, siyasilər, iş adamları olacaq".

Qeyd edək ki, ABŞ Rusiya, İran, Şimali Koreya kimi ölkələrə qarşı ünvanlı sanksiyalar tətbiq edir. Yumuşaq embarqo anlamına gələn "ABŞ-a giriş qadağası" tədbiri seçiləcəyi təqdirdə Ankara-Vaşinqton münasibətləri daha da gərginləşəcək/Teleqraf.com.