>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bərzani döyüşə hazırlaşır: Yollar bağlandı

Bərzani döyüşə hazırlaşır: Yollar bağlandı
İraq Kürd Muxtariyyəti Duhok və Ərbildən Mosula gedən 2 əsas olu bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb.

İraq Kürd Muxtariyyəti İraq ordusunun hücum əməliyyatı barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra dərhal ehtiyat tədbirlərinə başlayıb.

“Kürdüstan bölgəsindən Mosula gedən 2 əsas yol var. Biri Ərbildən, digəri isə Duhokdan. Yolların hər ikisini bağlamışıq. Komandanlıqdan əmr gözləyirik. Nə vaxt əmr gəlsə, yollar yenidən açılacaq”, - peşmərgə komandiri Arif Teyfur deyib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani rəsmi Bağdadın Kərkükün cənubunda, qərbində və Mosulun şimalında hərbi əməliyyatlar təşkil edəcəyi barədə kəşfiyyat məlumatları əldə etdiklərini açıqlamışdı.