>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bərzaninin üzərinə 50 minlik ordu göndərilir

Bərzaninin üzərinə 50 minlik ordu göndərilir
Habur sərhəd məntəqəsinin alternativi olaraq adlandırılan Ovaköy ərazisini ələ keçirmək üçün İraq ordusu Bərzaninin rəhbərlik etdiyi peşmərgə qüvvələrinə qarşı əməliyyat hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb.

Məlumata görə, 50 minlik İraq ordusu Ovaköy yaxınlığında Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır. Peşmərgənin “ərazilərə yaxınlaşanlara atəş açılacaq” çağırışına cavab olaraq rəsmi Bağdad təhdidlərə boyun əyməyəcəyini açıqlayıb və mübahisəli ərazilərdən peşmərgənin çıxarılmasını tələb edib.