>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyə ABŞ-ı yox, Rusiyanı dəstəklədi

Türkiyə ABŞ-ı yox, Rusiyanı dəstəklədi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir.

AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, nazir qeyd edib ki, sanksiyalar Türkiyənin iqtisadiyyatına zərər vuracaq.

“Əvəllər Türkiyə də sanksiyalardan əziyyət çəkib. Bizim qonşularımız və müttəfiqlərimiz arasında olan sanksiya iqtisadiyyatımıza mənfi təsir göstərir”.

Çavuşoğlu vurğulayıb ki, Türkiyə problemlərin həlli üçün başqa variantların tapılmasına çalışır: “Biz Rusiyaya qarşı sanksiyalara qatılmırıq və qarşılıqlı siyasətə üstünlük veririk”.