>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Konstitusiya dəyişikliyi qəbul edilməsə, parlament istefa versin” – BAXÇALI

“Konstitusiya dəyişikliyi qəbul edilməsə, parlament istefa versin” – BAXÇALI
“Konstitusiya dəyişiklikləri Türkiyə Böyük Millət Məclisində qəbul edilməzsə, parlament yenilənməlidir”.

Hafta.az-ın milliyət.com.tr-yə istinadən verdiyi xəbərə görə, gecənin ən maraqlı açıqlaması Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıdan gəlib. Baxçalı bildirib ki, konstitusiya dəyişikliyi ilə bağlı TBMM-də artan söz savaşı, qarşıdurmalar tezliklə öz yoluna qoyulmalıdır. Əks halda, bu Türkiyənin ziyanına ola bilər:

“Bu narazılıqlar ümumiyyətlə, Türkiyəni əhatə edə bilər və vəziyyət nəzarətdən çıxar. Bunun həlli yolu tapılmalıdır”.