>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı qızların təhqir edildiyi reklam çarxı — QALMAQAL

Azərbaycanlı qızların təhqir edildiyi reklam çarxı — QALMAQAL
“Face Studio” gözəllik salonları şəbəkəsinin növbəti reklam çarxı sosial şəbəkələrdə səs-küyə səbəb olub.
“Ölkə.Az” xəbər verir ki, reklam çarxında azərbaycanlı qızlar təhqir edilib.

Qeyd edək ki, şirkətin bundan əvvəl çəkdirdiyi reklam çarxları da qalmaqala səbəb olmuşdu. Çünki hər reklam çarxında “epilasiya edin, ərə gedin” şüarı və ssenari sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olmuşdu.

Bu dəfə isə ssenariyə uyğun olaraq iki rəfiqə görüşür və biri digərinə tezliklə ailə quracağını, nişanlısının ona bahalı hədiyyələr aldığını deyir. Rəfiqəsi isə ona paxıllıq edərək evlərində gəlinlik paltarı seçəndə cadu edir.
Ssenari o qədər güclüdür ki, cadu 1 saat sonra təsir edir və oğlan qıza zəng edərək ayrıldıqlarını bildirir. Qız sonradan döşəyin altından cadunu tapır və cadugərə müraciət edir. Cadugər isə bu cadunun “Face Studio”da pozulacağını bildirir.

Ən acınacaqlı isə odur ki, gözəllik salonunun şüarı “FACE studio”da lazer et, tez ərə get”dir.

Maraqlıdır ki, gözəlliklə məşğul olan bir salon niyə lazerlə cadu yandırır? Bu cadunun təbliğatı demək deyilmi?