>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bu dəfə əməkdar artist İbrahimbəyovun İTTİFAQINI TƏRK ETDİ

Bu dəfə əməkdar artist İbrahimbəyovun İTTİFAQINI TƏRK ETDİ
Xəbər verdiyimiz kimi Rüstəm İbrahimbəyov ssenarı müəllifi olduğu "Qafqaz üçlüyü" filmində onun doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub. Buna etiraz olaraq bu dəfə əməkdar artist İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib.

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı Ötkəm İsgəndərov bəyanatla Unikal.org saytına müraciət edib.Əməkdar artist müraciətində bu sözləri qeyd edib:

"Mən İskəndərov Ötkəm Ağasəf oğlu vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşam. 1975-ci ildən kino sahəsində çalışıram. Bu günə kimi 50-ə yaxın filmdə rol almışam. Öz canımla, qanımla vətənimə, müstəqil Azərbaycanıma bağlıyam və vətənimə qulluq etmək hər bir vətəndaş kimi mənim də borcumdur. Ölkə prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyirik. Vətənimə xor baxanlara qarşı amansızam. Vaxtilə üzvü olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmaq üçün ərizə yazmışam . Elə o vaxtdan da həmin ittifaqla heç bir əlaqəm yoxdur və üzvlük vərəqimi də həmin dövrdə cırıb ataraq imtina etmişəm. Bəyan edirəm ki, mən belə bir qurum tanımıram və həmin qurumun da üzvü deyiləm".

Xatırladaq ki, dünən xalq artisti Fəxrəddin Manafov da Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bəyan etmişdi.