>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xuraman Şuşalıya efirdə ağır sözlər: "Hicab taxmaqla deyil"

Xuraman Şuşalıya efirdə ağır sözlər: "Hicab taxmaqla deyil"
Müğənni Xuraman Şuşalı bu gün qonaq olduğu "Onda başladıq” verilişində qalmaqal yaşayıb.

Lent.az xəbər verir ki, verilişin eksperti İntiqam Valehoğlu ifaçıya "Sizin xınayaxdı aparmağa mənəvi haqqınız yoxdu” sözlərini deyib. Müğənni isə onun bu sözlərinə əsəbiləşərək, verilişi tərk edib:

"Mən AzTV kanalının yetirməsiyəm. "Bənövşə” uşaq xorunun aparıcısı olmuşam. Siz indi gəlib burada otura bilərsiz, amma sizin yeriniz efir deyil. Mən fikir verirəm ki, heç sizin mənəvi haqqınız yoxdur danışasınız. Siz insan kimi insan deyilsiz. Sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm. Çox mədəniyyətsiz insansız”.

Qeyd edək ki, verilişin aparıcısı Kamran Həsənlidir.