>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Hər ərindən boşanıb varlı kişi axtaran özünə aktrisa deyir..." - QALMAQAL

"Hər ərindən boşanıb varlı kişi axtaran özünə aktrisa deyir..." - QALMAQAL
Aktrisa Leyla Hümmətovanın "Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım" deyə müsahibə verməsi digər həmkarı Cəmilə Tağızadəni özündən çıxardıb.

BiG.AZ xəbər verir ki, bu barədə şəxsi hesabında fikirlərini bölüşən Cəmilə Tağızadə digər həmkarını sərt şəkildə tənqid edib:

"Bu qadını yanımıram, heç tanımaq da istəmirəm. Son zamanlar yaman tez-tez qarşıma çıxır. Özünə aktrisa deyir, bu haranın aktrisasıdır görəsən, harda çəkilib, hansı teatrda, tamaşada rol alıb?! Bəsdirin, hər yoldan keçən özünə aktrisa deyir və aktrisaların da adı məhz belələrinə görə batır! Adam utanıb, xəcalət çəkir! Aktrisa olduğuma görə utanıram, bəsdirin, az yazın bu cürlərini az reklam edin. Hər ərindən boşanan və özünə varlı kişi axtaran özünə aktrisa adı qoyub efirlərə çıxır və özü haqqında pul verib yazı yazdırıb, reklam edir. Heç olmasa bir şey fikirləşin, amma o dəyərli sənətin adını batırmayın, bəsdirin! Ayıbdır! Biz illərlə oxuyub, əziyyət çəkib, seriala və filmlərə çəkilək, canımız getsin, illərimiz getsin, bunlar da heç bir iş görmədən özlərinə aktrisa desinlər! Allah mənə səbr versin. Mənim kimi illərini sənətə, işinə həsr edənlərə də həmçinin!".