>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xalq artistindən qalmaqallı sözlər: “70 yaşı var, özündən 30 yaş cavan qızla…”

Xalq artistindən qalmaqallı sözlər: “70 yaşı var, özündən 30 yaş cavan qızla…”
Xalq artisti, tanınmış aktyor Yasin Qarayev yaşlı sənətkarların səhnədən kənarda darıxdıqlarını deyib.
Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərindəki Məşədi İbadı xatırladan aktyor Yenicag.az-a açıqlamasında dövrün dəyişdiyini bildirib:
“O dövrdə hamı 50 yaşlı Məşədi İbadı qoca kişi hesab edilirdi və onun evlənməsinə qarşı çıxırdı, bunu ayıb iş kimi baxırdılar. Amma indi dövr dəyişib. 50 yaş qoca sayılmır. Baxırsan, 70 yaşı var, özündən 30 yaş cavan qızla evlənib. O gün Rusiya kanallarına baxırdım, gördüm 69 yaşlı bir məşhur 3-cü dəfə özündən kiçik xanımla evlənir. Mən heç buna pis də baxmıram. İnsan əgər həyat yoldaşı yoxdursa, evlənməlidir. Xüsusən də sənət adamının həyat yoldaşı olmalıdır ki, ona diqqət ayırsın, qulluğunda dursun, o da səhnədə gözəl obrazlar yaratsın.
Rusiyada, Amerikada 80-90 yaşlı aktyorlar var ki, səhnəyə çıxır, saysız-hesabsız pərəstişkarları var. Bizdə belə deyil. Baxıram Rasim Balayevə, yaradıcılığının çiçəklənən vaxtıdır, amma filmlərə çəkilmir. Mən özüm də səhnədən kənarda çox darıxıram. Oynamağa rol olmayanda, oturub gic-gic statuslar yazıram. Məsələn deyirəm e…”