>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

40 yaşlı əməkdar artist: “Anladım ki, həyat bizə bir dəfə verilir”

40 yaşlı əməkdar artist: “Anladım ki, həyat bizə bir dəfə verilir”
Bu gün əməkdar artist Lalə Məmmədova 40 yaşını qeyd edir.
Musavat.com xəbər verir ki, o, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Müğənni hisslərini sosial şəbəkədə bölüşüb: “Geriyə dönmək arzum heç vaxt olmasa da bəzən ömür səhifələrini vərəqlədikcə yaşanan illərin hədərə getmədiyini anlayıram. Bu illər ərzində nələri anladım? Anladım ki, həyat bizə bir dəfə verilir. İnsan üçün ağrı-acısı da, sevinci də imtahandır. Şan-şöhrət, var-dövlət bir anda insanı tərk edə bilər. İnsan üçün ən böyük var-dövlət ailəsi, övladlarıdır. Tanrı bizi sevir. O, sevməsəydi, biz yaranmazdıq və yaratmazdıq. Həyat, səni sevirəm. İllər könlümün sarayını uçura bilməz. Çünki bünövrəsinə ürəyimi vermişəm”.
Qeyd edək ki, L. Məmmədova yubileyində yeni fotosessiyasını da təqdim edib. O, fotoqraf Niko Abbasovun obyektivi önünə keçərək pozalar verib. Müğənninin imici üzərində top-stilist Elnur Həsənov çalışıb.