>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xalq artisti Çingiz Abdullayevin müdafiəsinə qalxdı

Xalq artisti Çingiz Abdullayevin müdafiəsinə qalxdı
Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyyəsizliyə qarşı ictimai qınağın olmamasıdır. Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din xadimləri, dövlət məmurları, millət vəkilləri belə susur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri xalq artisti Faiq Ağayev Feysbuk hesabında yazıçı Çingiz Abdullayevə yönəli tənqidlərə münasibət bildirərkən qeyd edib.

O, kitabların yandırılmasını kəskin pisləyib: “Nədir, nə biçim gerizəkalılıqdır o kitab yandırmaq azarı? Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümünəsindən? Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki: “Əşşi, nə işimə?” deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş edək? Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir. Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücüm və cinayətdir. Bu gün o kəsləri qınayıb, cəzalandırmasaq, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq. Gec olacaq artıq. Gücümüz birlikdədir!”