>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Silvester Stallone vəfat edib? –Ailəsindən açıqlama

Silvester Stallone vəfat edib? –Ailəsindən açıqlama
Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərlərinə münasibət bildirib.

İnternetdə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib.

Qeyd olunur ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.

"Qardaşımın ölümü barədə yayılan xəbərlər yalandır. Hansı xəstə, amansız düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlar ağılsızdırlar və cəmiyyətdə onlara yer yoxdur", – deyə Stallonenin musiqiçi qardaşı Frenk Stallone "Twitter"də yazıb.

Yeri gəlmişkən aktyor fevralın 14-də məşq zalından öz şəklini paylaşıb/Report.