>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Açıq-saçıq geyiminə görə saxlanan rəqqasə azadlığa buraxılıb- FOTOLAR

Açıq-saçıq geyiminə görə saxlanan rəqqasə azadlığa buraxılıb- FOTOLAR
Misirdə həbs olunan “Gawhara” ləqəbli yeganə əcnəbi rəqqasə Yekaterina Andreyeva haqda qərar çıxıb.

Açıq-saçıq geyimlərinə görə “beynəlxalq təhlükəsizliyə təhdid” ittihamı ilə saxlanılan və ölkədən qovulmağı istənilən rəqqasə azadlığa buraxılıb.

Bu barədə Yekaterina özü İnstaqram səhifəsində yazıb. O qeyd edib ki, haqq öz yerini tapıb və onu sərbəst buraxıblar. Lakin Andreyeva ölkədən deportasiya olunacağını da bildirib.

Xatırladaq ki, libaslarına görə saxlanılan rəqqasə ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, geyimlərinin misirli rəqqasələrin libaslarından fərqlənmədiyini bildirib.

Yekaterinanın vəkili Muhammed Salih müvəkkilinin kostyumlarının Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olduğunu və Andreyevanın Misirdə iş icazəsi olan yeganə əcnəbi rəqqas olduğunu söyləyib.(axsam.az)