>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Space”i maaş böhranı bürüyüb- İŞÇİLƏR NARAZIDIR

“Space”i maaş böhranı bürüyüb- İŞÇİLƏR NARAZIDIR
Lider telekanalında çalışan işçilərin əmək haqlarını ala bilməməsi barədə xəbərin ictimailəşməsindən sonra eyni durumun “Space”də yaşandığı da üzə çıxıb. Belə ki, bu xəbərin saytımızda yayımından sonra “Space”də çalışan bir qrup həmkarımız redaksiyamıza məktub yollayıb.
Gununsesi.info-nun elektron poçtuna göndərilən məktubda yazılır:
“Lider tv ilə bağlı xəbərinizi oxudum. Dürüst yazmısız, amma Space tv də vəziyyət çox acınacağlıdır. Şirkətin prezidentinin özbaşınalığı, əmək hüquqularının pzulması bir yana maaşlar aylarla gecikdirlir. Son günlərdə aparıcıların “Space” kanalını tərk etməsi də buna əyani sübutdur”.