>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Müğənni Damlaya “AA” seriyalı nömrəni kim hədiyyə edib? – FOTOLAR

Müğənni Damlaya “AA” seriyalı nömrəni kim hədiyyə edib? – FOTOLAR

Azərbaycanda daha bir məşhur AA seriyalı avtomobil idarə etməyə başlayıb. AZXEBER.COM xəbər verir ki, tez-tez şəxsi həyatı ilə gündəmə gələn müğənni Damla indi də avtomobili ilə diqqət mərkəzinə düşüb. Belə ki, müğənni bu dəfə idarə etdiyi Toyoto "Fortuner” markalı avtomobilinin "AA” seriya dövlət nişanı olması ilə diqqəti çəkib.

Bu barədə müğənninin prodüseri öz profilində şəkil paylaşıb. O, istifadəçilərdən birinin "Bu avtomobil sənindir?” sualına "Damla xanımın maşınıdır” deyə cavab verib. Qeyd edək ki, qanunvericiliyə görə Azərbaycanda "AA” seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsus avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilə bilər. Ancaq fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər. Maraqlıdır ki, müğənniyə bu nömrəni hansı hüquqi şəxs hədiyyə edib.
Müğənni Damlaya “AA” seriyalı nömrəni kim hədiyyə edib? – FOTOLAR