>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... - "Vicdan haqqı"nda şok olay

Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... - "Vicdan haqqı"nda şok olay
ATV-də yayımlanan "Vicdan haqqı" serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb.

Teref.info xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb:

"Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm. Farizin özünü asdığı səhnə isə mənim ölümümlə nəticələnəcəkdi. Çünki rejissor "stop" deyən kimi halım pisləşdi, nəfəs ala bilmədim. Şok keçirtdim və... ürəyim dayandı. Sonradan bildim ki, ətrafımdakılar həyəcandan nə edəcəklərini bilməyiblər. Məni özümə gətirmək üçün üzümü sillələyib, ürəyimi masaj edib, süni nəfəs veriblər. Təsəvvür edin, sanki kənardan durub baş verənləri izləyirdim. Məni Allah saxladı, bəlkə də həmin vaxt tibbi yardım göstərilməsəydi, öləcəkdim.

Hələ başqa bir səhnəni də deyim.. Ssenariyə görə, Nərgiz mənə əsəbi şəkildə çay gətirməliydi. Həmin səhnə çəkiləndə gərginlik yaşadım. Biranlıq fikirləşdim ki, bu qız doğrudan da nəvəmdir və onun mənə qarşı olan münasibətinə bax. Birdən məni necə hönkürmək tutdusa... O qədər ağladım ki, çəkilişi yarımçıq saxlayıb, məni güclə özümə gətirdilər".