>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bob Dilanın gitarası hərracda 400 min dollara satılıb

Bob Dilanın gitarası hərracda 400 min dollara satılıb
ABŞ-ın Dallas şəhərində ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2016) və musiqiçi Bob Dilanın gitarası hərraca çıxarılıb.
"Report" xəbər verir ki, "Heritage Auctions" hərrac evinin məlumatına görə, naməlum şəxs 1963-cü ilin "Martin" markalı "D-28" model gitarasını 400 min dollara alıb.
Dilan bu gitarada 10 ilə yaxın ifa edib. 1977-ci ildə musiqiçi onu 500 dollara öz gitara ustasına satıb.